Dövlətin beynəlxalq hüquqi məsuliyyətinin müəyyən edilməsində məhkəmənin rolu - Azərbaycan Hüquq Jurnalı. 2023 (№3)

Açıqlama:

Məqalə beynəlxalq cinayətlərə və onların səbəb olduğu beynəlxalq hüquqi məsuliyyətin müzakirəsinə həsr edilmişdir. Dövlətin məsuliyyətinin müəyyən edilməsində “jus contra bello”, “jus ad bellum”, “jus in bello”, “jus post bellum” məhfumlarının önəmi vurğulanmış və onların kontekstində dövlətlərin çəkinməli olduğu davranışların hüquqazidd olması səbəbləri araşdırılmış və bu sahədə BMT-nin yanaşması təhlil edilmişdir. Dövlətin təcavüzlə bağlı məsuliyyətinin hədlərini müəyyən etmək üçün müəllif beynəlxalq konvensiyalarla yanaşı, Rusiya-Ukrayna müharibəsi kimi müasir dönəmin münaqişələri fonunda BMT-nin Beynəlxalq Məhkəməsinin qərarında göstərilən yanaşmalara da istinad etmişdir. Bununla yanaşı, məqalədə fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti ilə dövlətin siyasi və maddi məsuliyyəti arasında fərqlər və qarşılıqlı əlaqələr haqqında da söhbət açılır. Əlavə olaraq, müharibə cinayətlərinə münasibətdə müddətin tətbiq edilməməsi və universal yurisdiksiya prinsiplərinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Beynəlxalq Ədalət Məhkəməsinin, habelə Yerusəlim Dairə Məhkəməsi və Almaniya Federal Məhkəməsi kimi dövlətdaxili məhkəmələrin qərarlarında tətbiqi də nəzərdən keçirilmişdir. Ən sonda yuxarıda qeyd olunan məsələlərin təhlilinin nəticəsi olaraq müəllif Azərbaycan ərazilərində beynəlxalq və müharibə cinayət törətdiklərinə görə təqsirləndirilən şəxslərin məhkəmə araşdırması aparıldığı zaman nəzərə alınması zəruri hesab edilən aspektləri müəyyən etmiş və milli məhkəmələrin qərarlarının beynəlxalq hüquq cəhətdən əsaslandırılmasına dair tövsiyələr təqdim etmişdir.


Müəllif : Məhəmməd Quluzadə - Hüquq üzrə fəlsəfə doktoru, Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 30

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir