Dövlətin suverenliyi və qanunsuz anneksiya halında beynəlxalq hüquq subyektliyi - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Elmdə publik hakimiyyət haqqında vahid anlayış və nümunəvi təfsir olmasa da hakimiyyət dövlətin əsas atributu kimi bəzən də dövlətin sinonimi kimi işlədilir [8, s.55]. Hakimiyyət və ya hökumət müəyyən bir əhalinin siyasi təşkilatlanma formasıdır. Hökumət adı altında publik hakimiyyət təşkilatlanması nəzərdə tutulur. Hakimiyyət (government) özü də qanunverici, icra və məhkəmə orqanlarından ibarət təsis edilir. Hakimiyyəti həyata keçirmək və ya hökumət etmək üçün suverenlik (sovereignty) əlaməti olmalıdır. Suverenlik termininin elmə gətirilməsi fransız filosofu J. Bodenin adı ilə əlaqələndirilsə də, o, terminin onun tərəfindən leksikona gətirilmədiyini ifadə etmişdir. J. Boden suverenliyi mahiyyətcə əlçatmaz ideal kimi qiymətləndirirdi. Suvereni dəqiq müəyyən edilən ərazidə Allahın xüsusiyyətində təqdim edirdi [10, s.49]. Belə bir yanaşma onunla əlaqəli idi ki, dini mənbələrdə suveren yer üzündə Allahın təmsilçisi sayılır [28, s.5]. Yalnız burjua inqilablarından sonra suverenliyin mənbəsi kimi xalq görülməyə başlanır.


Müəllif : Səftər Rəhimli - Bakı Dövlət Universiteti “İnsan hüquqları və informasiya hüququ” UNESKO kafedrası, h.ü.f.d.
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir