Düşmən dövləti tərəfindən 30 il ərzində işğal altında qalmış Azərbaycan torpaqlarında törədilmiş ekoloji cinayətlər - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 (2022)

Açıqlama:

İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarmışdır. Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur. Beynəlxalq hüquq istənilən hərbi işğalı öz xarakterinə görə “müvəqqəti işğal” kimi təsnif edir və işğalçı ölkənin işğal edilmiş ərazi üzərində suverenlik əldə etməsini nəzərdə tutmur, buna görə də işğal faktı ilə əlaqədar həmin ərazinin hüquqi statusu dəyişmir.Anneksiyanın (ilhaqın) istənilən forması qadağan olunduğundan, işğalçı ölkənin bu ərazidə hüquqi, sosial və iqtisadi strukturun dəyişdirilməsi məqsədilə fəaliyyət göstərmək azadlığı yoxdur. Hərbi təcavüzün nəticəsi olan ilhaq tanınmamalıdır [9s.43]. Azərbaycanın əvvəl işğal olunmuş bütün ərazilərində 260 min hektara yaxın meşə ərazisi var idi, lakin son 30 il ərzində meşə örtüyü sürətlə azalmışdır.


Müəllif : Xəyalə Kələşova - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 0

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir