Dənizlə beynəlxalq yükdaşımaların hüquqi tənzimlənməsi - Azərbaycan Hüquq Jurnalı. 2022 (№1)

Açıqlama:

Məqalədə dənizlə beynəlxalq yükdaşımaların xüsusiyyətləri və hüquqi tənzimlənməsi ilə bağlı məsələlər tədqiq olunmuşdur. Hazırda ən çox mübahisəli məsələlər beynəlxalq dəniz nəqliyyatının həyata keçirilməsində yaranır. Bu, beynəlxalq gəmiçilik sahəsində hüquqi münasibətlərin çox müxtəlif olması, habelə fərdi hüquqi münasibətlərin qanunvericiliklə tənzimlənməsi mənbələrinin özünəməxsus təbiəti ilə əlaqədardır Bu gün beynəlxalq dəniz yük daşımalarının hüquqi tənzimlənməsi dörd sənədə əsaslanır: bunlar Haaqa Qaydaları, Haaqa-Visbi Qaydaları, Hamburq Qaydaları və Rotterdam Qaydalarıdır. Rotterdam Qaydaları qəbul edilənə qədər Haaqa Qaydalarının dəyişdirilmiş variantı olan Haaqa-Visbi Qaydaları qüvvədə olan əsas hüquqi akt idi, Hamburq Qaydaları isə müqayisəli mütərəqqi olmasına baxmayaraq geniş istifadə olunmurdu.


Müəllif : Vüsal Aslanov - doktorant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 25

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir