Daimi renta münasibətlərində hüquq varisliyi problemləri - Azərbaycan Vəkili Jurnalı №25 (2025)

Açıqlama:

Renta münasibətləri sivilistikaya orta əsrlərdən məlum olsa da, Azərbaycanda müqavilə münasibətlərinin bu növü geniş yayılmamışdır. Bu gün də renta müqaviləsinin bağlanması çox nadir hallarda rast gəlinir. Buna görə də mülki qanunvericilikdə renta münasibətlərinə dair müddəalarda bəzi boşluqlar və kolliziyalar mövcuddur. Daimi renta müqavilələrinin bağlanması hallarının olmaması hüquqşünaslara bu sahəni müəyyən edilməmiş halda saxlamaq hüququ vermir, əksinə, bu sahədə mübahisələrin yaranmasının qarşısını almaq üçün daha dərin nəzəri tədqiqatlar aparmağa stimul olmalıdır. Bu məqalədə daimi renta münasibətlərində hüquq varisliyi problemləri araşdırılır, renta müqaviləsinin hüquqi mahiyyəti, tərəfləri və predmeti izah olunur, tarixi aspektlərə toxunularaq, Azərbaycan SSR-in 1923 və 1964-cü illərdəki mülki qanunvericilikləri, sovet dövründə renta münasibətlərinə ideoloji yanaşmalar və müasir dövrdə Azərbaycan Respublikasının Mülki Məcəlləsindəki tənzimləmələr təhlil edilir. Bu məqalədə renta ödəyicisi və renta alanın hüquqlarının hüquq varisliyi qaydasında keçid mexanizmlərini, bu sahədəki normativ boşluqları və tətbiqi problemləri vurğulanır. Bununla yanaşı, bu məqalə daimi renta müqaviləsinin aleator xarakterini təhlil edir. Aleator müqavilə baxımından ömürlük və daimi renta müqavilələri müqayisə olunur. Məqalə hüquqi praktika və nəzəri müddəalar əsasında daimi renta münasibətlərində hüquq varisliyi məsələləri təhlil edilir.


Müəllif : Ələm Nəbizadə
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 50

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir