Universal istintaq hərəkəti olan dindirmənin köməyilə müstəntiq sübut əhəmiyyətli məlumatlar əldə edir. Bunun üçün dindirmə taktikasını düzgün qurmaq, dindirmənin həm prosessual, həm də taktiki qaydalarına riayət etmək zəruridir. Dindirmə zamanı əsas konstitusion hüquqlardan olan şəxsi toxunulmazlıq hüququna hörmət edilməli, şəxsi və ailə həyatına aid sirlərin lüzumsuz toplanmamasına və yayılmamasına xüsusi əhəmiyyət verilməlidir.
Qiymətləndir