Elektron ticarət sahəsində beynəlxalq hüquqi aktla - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Elektron ticarət sahəsində beynəlxalq hüquqi aktları təhlil etmək üçün ilk növbədə ümumiyyətlə “beynəlxalq hüququn mənbələri” anlayışının, daha sonra beynəlxalq müqavilələrlə əlaqədar və digər məsələlərin nəzərdən keçirilməsi məqsədəuyğundur. Beynəlxalq hüququn mənbələrinin rəsmi təsnifatı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin Statutunun 38-ci maddəsində aparılmışdır. Həmin maddənin əsasında beynəlxalq hüququn mənbələrini aşağıdakı kimi təsnifləşdirmək olar: 1) beynəlxalq müqavilələr; 2) beynəlxalq-hüquqi adətlər; 3) hüququn ümumi prinsipləri; 4) məhkəmə qərarları; 5) tanınmış alimlərin rəyləri [20]. Beynəlxalq müqavilə beynəlxalq hüququn əsas mənbələrindən biri olub, iki və ya daha artıq dövlət (və ya beynəlxalq hüququn digər subyekti) arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.


Müəllif : Rafael Quliyev - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir