Erkən nikahlar gender bərabərliyinin və uşaq hüquqlarının pozulması kontekstində - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalın 3-cü nömrəsi 2020

Açıqlama:

Sosioloji baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyi olan ailə institutu ən ali, ülvi, saf duyğularını, nəcib niyyətlərini özündə əks etdirən, müqəddəs ittifaq və cəmiyyətin özəyidir. Bu baxımdan nikaha daxil olmaq hüququ insanın təbii hüquqlarındandır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində göstərildiyi kimi, “yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüqquna malikdir və nikah yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlana bilər”. Lakin əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, o halda bu cür razılıq “tam və azad” ola bilməz. Eyni müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında, o cümlədən digər normativ hüquqi aktlarında əks olunmuşdur. Belə ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah yalnız könüllü razılıq əsasında bağlanılır, əks təqdirdə “məcburi” davranış özlüyündə məsuliyyətə səbəb olur


Müəllif : Araz Mahmudov, Laçın rayon prokurorluğuna ezam olunmuş Zərdab rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas
Nəşr tarixi : 2020
Yüklənmə sayı : 32

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir