Erməni seperatizmi və terrorizmi ilə mübarizənin aktual problemləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Daşnaqsütun ideoloqlarının yüz ildən çoxdur ki, dövriyyəyə buraxdığı erməni seperatizmi, “dənizdən – dənizə uzanan böyük Ermənistan” yaratmaq xülyası Cənubi Qafqazda mübahisələrin və münaqişələrin, müharibə və terrorun qızışdırılmasında stimulverici rol oynamaqdadır. Erməni - Azərbaycan münaqişəsinin tarixi isə 200 ildən çoxdurki, davam edir. Azərbaycan zaman-zaman ən müxtəlif üsul və vasitələrlə həyata keçirilən terror hadisələrinin qurbanına çevrilmiş, ərazilərini itirmiş, bir millət kimi parçalanmış, insanların öz vətənindən didərgin düşmüş və olmazın zümlərini yaşamışdır. Sonuncu dəfə 1988-ci ilin fevral ayından başlayan yeni qlobal terror dalğası bu gün də davam etməkdədir 1 . Son illərin statistikası göstərir ki, Azərbaycana qarşı Ermənistanın dövlət terror təşkilatları tərəfindən təxminən 400-ə yaxın, daha dəqiq desək, 373 terror aktı törədilmişdir ki, bunun da nəticəsində 2000 nəfərdən çox insan ölmüş, 1700 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almış və ya əlil olmuşdur.


Müəllif : Səidə Həsənzadə - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru, dosent Bəhram Zahidov - Hüquq elmlər doktoru, professor
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir