Ermənistanın Azərbaycana qarşi təcavüzünün beynəlxalq hüquq müstəvisində təhlili və qiymətləndirilməsi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2022

Açıqlama:

Məqalədə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən təcavüzkar siyasətinin tarixi, siyasi və geosiyasi səbəbləri araşdırılır və ona müasir beynəlxalq hüquq müstəvisindən münasibət bildirilir. XIX əsrin birinci yarısından başlayaraq Qərbi Avropa ölkələri, Rusiya və İran Azərbaycanının tarixi ərazilərini erməniləşdirməyə başladılar. Bu işğalçılıq siyasəti XX əsrdə də davam etmiş, nəticədə Azərbaycan xalqına qarşı soyqırım və müharibə cinayətləri törədilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü indinin özünə kimi BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunmamışdır. Məqalədə belə bir nəticəyə gəlinir ki, Ermənistan təcavüzə görə beynəlxalq hüquqi məsuliyyət daşımalıdır. Bunun üçün isə beynəlxalq hüquqda kifayət qədər hüquqi əsaslar vardır.


Müəllif : R.K.Məmmədov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir