Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş müharibə cinayətlərinə beynəlxalq hüquqi yanaşma - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №1 2025

Açıqlama:

Məqalə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə erməni silahlı birləşmələri tərəfindən törədilən beynəlxalq cinayətlərə həsr olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi bitsə də münaqişə dövründə törədilmiş müharibə cinayətləri və digər beynəlxalq cinayətlərin tam araşdırılmadığı və təqsirkarların cəzalandırılmadığı məqalədə xüsusi vurğulanmışdır. Bununla bərabər, məqalədə erməni silahlı birləşmələrinin törətdikləri müharibə cinayətləri birbaşa Cenevrə Konvensiyaları və beynəlxalq humanitar hüquq normalarının pozuntusu olaraq göstərilmiş və təhlil edilmişdir. Müəllif Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, istənilən beynəlxalq və qeyri-beynəlxalq silahlı münaqişələrə beynəlxalq humanitar hüquq və beynəlxalq cinayət hüququ prizamasından yanaşılmasının tərəfdarı olduğunu qeyd etmişdir. Belə ki, o, beynəlxalq cinayət hüququ olmadan beynəlxalq humanitar hüququn ciddi pozuntularının araşdırılmasının mümkün olmayacağını qeyd etmişdir


Müəllif : Əlövsət Allahverdiyev
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 35

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir