Evtanaziya: “ölüm hüququ”, yoxsa cinayət? (Firavan Əlizadə) - ELSA Azərbaycan Hüquq jurnalı №4 2019

Açıqlama:

Hazırda evtanaziya sağalmayan xəstəlikdən əziyyət çəkən xəstələrin öz arzuları ilə ölümlərini həyata keçirilməsi kimi əsaslandırılsa da, bu anlayış XX əsrin ikinci yarısında nadir əxlaqi və qanuni fenomen kimi ortaya çıxıb. Evtanaziyanın yaranma tarixini və mahiyyətini araşdırdıqda isə, onun ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də ifrat formada mənəviyyatsızlıq və vəhşiliklə bağlı olduğunu asanlıqla görmək mümkündür Üstəlik, evtanaziya Azərbaycan Respublikasının milli-mənəvi dəyərləri ilə yanaşı, mövcud qanunvericiliyi – cinayət, tibbi, etik və dini norma və təlimləri ilə də ziddiyyət təşkil edir və bir sıra ağır cinayətlərlə sıx bağlı hal kimi qəbul edilir. Buna baxmayaraq, müasir dövrdə qərb dövlətlərində əsas götürülən “bütün insanların öz həyatlarını sərbəst həll etmək hüququ var və hər bir şəxs öz seçimində sərbəstdir” prinsipinə söykənən bəzi şəxslər insanın öz ölümünə razılıq verməsinin gərəkliyini də onun əsas hüquqları sırasına daxil etməklə, evtanaziyanın Azərbaycanda da tətbiqinin tərəfdarı kimi çıxış edirlər və bu zaman digər ölkələrin təcrübəsini misal gətirilər. Doğrudur, qədim dövrlərdə də evtanaziya mövcud olub, lakin Qədim Yunan və Roma dövlətlərində “özünü öldürmə” həmişə pislənilib.


Müəllif : Firavan Əlizadə Baku State University, 2nd year student in Law Faculty
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 27

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir