Evtanaziya: “ölüm hüququ”, yoxsa cinayət? (Səmədağa Səmədzadə) - ELSA Azərbaycan Hüquq jurnalı №4 2019

Açıqlama:

Evtanaziya mahiyyət etibarı ilə tarixən əsrlər boyu mövcud olsa da, terminoloji ifadə kimi ilk dəfə olaraq XVII yüzillikdə ingilis alimi və filosofu Frensis Bekon tərəfindən gündəmə gətirilib və yunan dilindən tərcümədə (εὖ – yaxşı, θάνᾰτος – ölüm) “yüngül ölüm” mənasını verir. Frensis Bekon qeyd edirdi ki, “həkimin vəzifəsi nəinki xəstəni sağaltmaq, həmçinin xəstəliyin yaratdığı əzab və iztirabları yüngülləşdirməkdən ibarətdir...”. Professor O.S. Kapinusun mülahizələrinə görə “evtanaziyanın sosial-hüquqi hadisə kimi yaranması və inkişafı tarixi özündə əsas üç mərhələni ehtiva edir”. Birinci mərhələ evtanaziyanı Qədim dünyada mövcud olmuş siyasi-hüquqi təlim əsasında mərhəmət və müəyyən şəraitdə qaçılmazlıq kimi nəzərdən keçirir. İkinci mərhələ Orta əsrlərdə mövcud olmuş dini təlimlər əsasında evtanaziya ideyalarına birmənalı olaraq mənfi münasibət ilə şərtlənir. Üçüncü mərhələ Yeni tarixin başlanğıcı ilə başlamış və bugünədək davam etməkdədir. Bu mərhələ evtanaziyaya münasibətdə fikir pluralizminin mövcudluğu, onun lehinə və əleyhinə olan arqumentlərlə bağlıdır. Müasir dövrdə bir neçə dövlətin evtanaziyanı leqallaşdırması faktı bu mövzu ilə bağlı tibb, bioetika, psixologiya, dinşünaslıq və cəmiyyətin digər müxtəlif sahələrində müəyyən diskussiyaların aktuallaşmasına səbəb olmaqla yanaşı, həmçinin hüquqşünasların da bu məsələyə dair akademik səviyyədə yanaşmalarını zəruri edir.


Müəllif : Samadagha Samadzada The Academy of Public Administration, Master Student
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 19

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir