Fərdi məlumatlar və əlaqədar hüquqlar: Fərdi məlumatların mühafizəsi - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №4 2021

Açıqlama:

Fərdi məlumatlarla bağlı məlumat subyektinin hüquqları fərdi məlumatlarla bağlı informasiya prosesinin mərhələlərindən asılı olaraq müəyyən olunur. Eyni zamanda, informasiya sahiblərinin də hüquq və vəzifələri həmin mərhələlər üzrə konkretləşdirilir. Ona görə də fərdi məlumatlarla bağlı informasiya proseslərinin ardıcıllıqla şərhi daha məqsədəmüvafiqdir. Bunu “fərdi məlumatların hüquqi rejimi” və ya “fərdi məlumatların həyat tsikli” adlandıra bilərik. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununda fərdi məlumatlarla bağlı müxtəlif əməliyyat və proseslərə anlayış verilsə də, bu prosesi əhatə edən vahid anlayış istifadə olunmamışdır.


Müəllif : A.N.İbrahimova - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir