Fərdi məlumatların qorunması ilə bağlı Avropa İttifaqının Məlumatların Qorunması üzrə Ümumi Qaydaları (GDPR) ilə Azərbaycan Respublikası qanunvericiliyinin müqayisəli təhlili - Azərbaycan Vəkili Jurnalı №23 (2024)

Açıqlama:

Məqalə fərdi məlumatların Avropa İttifaqının 14 aprel 2016-cı il tarixdə qəbul etdiyi Məlumatların Qorunması üzrə Ümumi Qaydalarda (“GDPR”) və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanununda göstərilmiş dairəsinin müqayisəli təhlilini aparır və fərdi məlumatların mühafizəsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin GDPR-a uyğunlaşdırılması ilə əlaqədar zəruri tövsiyələr verir. Bu məqalədə aparılan müqayisəli təhlil həm Avropa İttifaqının Məlumatların Qorunması üzrə Ümumi Qaydaları (GDPR), həm də “Fərdi Məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində fərdi məlumatların əhatə dairəsinin və tənzimlənməli olan fəaliyyətləri araşdırır, fərdi məlumatların əhatə dairəsi ilə bağlı Azərbaycan qanunvericiliyində qeyd olunan anlayışlar izah edilir. Məqalə fərdi məlumatların nə zaman qorunmalı olduğunu müəyyənləşdirir və fərdi məlumatların qorunması ilə bağlı Azərbaycan qanunvericiliyinin tənzimlənməsinə məruz qalan fəaliyyətlərə işıq salınır. Məqalədə həmçinin GDPR-in qısa tarixinə nəzər salınır. 14 aprel 2016-cı ildə qəbul edilmiş GDPR inkişaf edən rəqəmsal dünyada fərdlərin şəxsi məlumatlarının qorunmasına artan tələbata cavab olaraq hazırlanmışdır. O, Məlumatların Qorunması Direktivini 95/46 (“DPD”), əvəz etdi və Avropa İttifaqı üzv dövlətlərdə məlumatların qorunması üçün daha möhkəm və əhatəli hüquqi çərçivə təmin etdi.


Müəllif : Emin Rzayev
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 34

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir