Geniş beynəlxalq cinayətlər siyasəti yeridən Ermənistana beynəlxalq hüquq da layiqli cəzasını verəcəkdir - Nəqliyyat Hüququ jurnalı 2021 №1

Açıqlama:

Məqalədə müəllif tərəfindən Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi beynəlxalq cinayətlərə – təcavüz, soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, o cümlədən terrorizmə görə beynəlxalq-hüquqi məsuliyyət məsələlərinin hüquqi həlli iki kontekstdə nəzərdən keçirilir. Birincisi, Ermənistanın məsuliyyəti məsələsi qeyd edilməlidir. Beynəlxalq hüququn jus cogens və adət normalarının pozulması, beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi Ermənistanın bir dövlət kimi məsuliyyətini əsaslandıran əsas şərtdir. İkincisi, beynəlxalq cinayətlərin törədilməsinə görə fərdi məsuliyyət prinsipinin tətbiqinə diqqət yetirilməlidr. Bu məqsədlə, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrində (822, 853, 874, 884 saylı) Ermənistanın Azərbaycan Respublikasının ərazilərinə hücumu və işğalı faktlarının regional sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirilməsini nəzərə alaraq, BMT Nizamnaməsinin VII fəslinə uyğun olaraq, ad hoc Beynəlxalq Cinayət Tribunalının yaradılmasızəruridir. Həmin ad hoc Beynəlxalq Cinayət Tribunalında sözügedən xüsusilə ağır beynəlxalq cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin mühakimə olunması təmin edilməli, baş verən beynəlxalq cinayətlərin həm də insan hüquqlarının pozuntusu kimi qiymətləndirilməsi həyata keçirilməlidir. Beləliklə, beynəlxalq cəmiyyət Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməklə öz qanunsuz əməllərindən əl çəkməsinə ciddi təsir edəcək, bu işdə məsuliyyətli olanlar beynəlxalq müstəvidə ciddi cəzalanacaq və regionda sülhün bərqərar olmasına dəstək verəcəkdir.


Müəllif : Əmir Əliyev - Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor.
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 13

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir