Hüquq düşüncəsinin neqativ təzahürlərinin aradan qaldırılması - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2023

Açıqlama:

Məqalədə ən əvvəl qeyd olunur ki, yetkin hüquq düşüncəsi ictimai münasibətlərin səmərəli tənzimlənməsinə müsbət təsir göstərir - hüquq qaydasının möhkəmləndirilməsinə xidmət edir. Məqalədə bildirilir ki, cəmiyyətdə ikili dəyərlər mövcud olduqda hüquq öz həqiqi dəyərini itirir və onun vasitəsilə bütün şəxslərin tələbatlarını ödəmək mümkün olmur. Qeyd olunur ki, hüquq düşüncəsinin inkişafında maneə olan əsas meyl bəzi insanların davranışında zamanın və cəmiyyətin tərəqqisinə cavab verməyən neqativ xarakterli “sosial təcrübə”nin yer tutmasıdır. Bu “təcrübə”yə müvafiq olaraq, üstünlük birbaşa hüquqa deyil, məhdud sosial qrup dairəsindəyayılmış davranış nümunələrinə verilir. Müəllif xüsusi qeyd edir ki, ölkədə aparılan hüquqi islahatlar dərinləşdikcə hüquqa neqativ münasibət bəsləyən şəxslərin dairəsi də daralır.


Müəllif : İ.H.Cəfərov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir