Hüquq normalarının təfsirində məhkəmə təcrübəsi və hüquqi təfsirin ümumqəbuledilmiş üsullarının problematikası - ELSA Azərbaycan - Hüquq jurnalı №4 2019

Açıqlama:

İstər müasir dövr, istərsə də, əvvəlki dövrlərin ən böyük hüquqi problemlərindən biri də hüquqi təfsir problemidir. Hüquqi təfsir dedikdə, təkcə müəyyən bir normanın izah edilməsinə yönələn idraki proses deyil, həmçinin o idraki prosesin məntiqi yekunu başa düşülür. Hüquqi təfsir məsələsinin aktuallığı bir neçə obyektiv səbəblə bağlıdır: Belə ki, bir söz, ifadə, yaxud cümlə ayrı-ayrı hüquqşünaslar tərəfindən müxtəlif cür interpretasiya olunduğu üçün müxtəlif ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsinin məntiqi nəticəsi olaraq söz və ifadələrin mənasının “ikiləşməsi” və s. amillər hüquqi təfsiri müasir hüquq elminin əsas problemlərindən biri kimi səciyyələndirir. Təfsir termini semantik baxımdan çoxşaxəlidir. Təfsir dedikdə, təbii və ictimai hadisələrin izah edilməsinə yönəlmiş idraki proses başa düşülür. Hüquqi təfsir ümumi təfsirin bir növüdür. O halda ümumi olaraq təfsirin nə olduğunu təsbit etməklə işə başlamağın əhəmiyyəti vardır.1 Geniş mənada hüquqi təfsir “anlama” mənasına gəlir. Bu mənada hüquqi təfsir normada istifadə edilən bir ifadənin başa düşülməsidir. Dar mənada hüquqi təfsir dedikdə isə müəyyən bir normada istifadə olunan və mənası üzərində şübhə yaranan bir ifadənin anlamının müəyyən edilməsidir.2 Hüquqi təfsir hermenevtik bir zaman ölçümüdür. Belə olduqda, bəzən hüquq hermenevtikliyindən (legal hermentics) söz açılır. Hüquq hermenevtikliyi hermenevtikliyin ümumi nəzəriyyəsinin hüquqi mətnlərin təfsirinə tətbiqindən ibrarətdir. Təfsirin məqsədi normanın mənasını yalnız izah etmək deyil, onun mənasını daha asan mühakimələrin dilinə tərcümə etmək, hüquq normasının məzmununu təfsir edilən hüquq normasının tətbiqinin asanlaşdırılması üçün təfsilatı ilə göstərməkdən ibarətdir. Qanunçuluğun vahidliyinin təmin edilməsində, bütün ölkə ərazisində hüququn düzgün şəkildə unifikasiya və tətbiq edilməsində hüquqi təfsirin rolu böyükdür. Ən uğurlu hüquqi təfsir qanunvericinin iradəsini dolğun izah edən təfsirdir. Başqa sözlə desək, qanunvericinin iradəsi hüquqi təfsirin təməl daşıdır. Lakin normanı tətbiq edən orqan qanunvericidən istifadə etdiyi sözün hansı mənaya gəldiyini soruşmaq imkanına malik deyildir.[3]


Müəllif : Hicrat Huseynzada & Vugar Sadigli Bachelor degree student of Law faculty of Baku State University
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir