Hüquq sistemlərinin formalaşmasına təsir edən iqtisadi, siyasi hüquqi amillər - Milli Aviasiya Akademiyası “Elmi məcmuə” jurnalı Cild 26 №2 2024

Açıqlama:

Bu məqalədə hüquq sistemlərinin anlayışı və əsas xüsusiyyətləri, həmçinin hüquq sistemlərinin formalaşmasına təsir edən əsas amillərə dair müxtəlif yanaşmalardan bəhs edilmişdir. Tədqiqatda ayrı-ayrı hüquqşünas alimlərin hüquq sistemləri ilə bağlı araşdırmaları, hüquq sistemlərinin məhdud və geniş mənada anlayışlarına münasibət bildirilmişdir. Burada hüquq sisteminin məzmununa aid edilən hüquq düşüncəsi, hüquq mədəniyyəti, hüquqi tərbiyə, hüquq münasibətləri, hüquq qaydası, həmçinin hüquqi ənənələrə dair elmi nəzəri fikirlərə münasibətlə yanaşı, onun yaranma və formalaşmasına təsir edən fundamental müddəalara dair münasibət bildirilmişdir. Belə ki, təqdim edilən məqalədə hüquq sistemlərinin yaranması və formalaşmasında rol oynayan iqtisadi, siyasi və hüquqi amillər, onların mahiyyəti və təsir mexanizmləri təhlil edilmiş, sadalanan hər bir amilin mahiyyəti açıqlanmışdır. Məqalədə mövzuya uyğun olaraq qanunvericilik materiallarından istifadə edilmişdir. Burada həmçinin hüquq sistemlərinin formalaşması mövzusu ilə bağlı bir sıra tədqiqat əsərlərindəki elmi təhlillərə də münasibət bildirilmişdir.


Müəllif : Qasımov S.Y
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 171

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir