Hüquqi şəxslərin cinayət hüquqi statusu - Hüquqi şəxslərin cinayət hüquqi statusu

Açıqlama:

Müxtəlif hüquq sistemlərində hüquqi şəxsin ifadə edilməsi üçün istifadə edilən terminologiya özü kifayət qədər çoxdur : mistik şəxs, uydurma şəxs, süni şəxs, əxlaqi şəxs, lakin daha çox hüquqi şəxs adlanır. Anqlosakson hüquq sistemində şirkət, korporasiya terminləri qəbul edilib [4, s12]. Hüquqi şəxs anlayışı mülki hüquq elmində ən problemli məsələlərdən biridir. Demək olar ki, hər bir alim hüquqi şəxslərin hüquqi statusu ilə bağlı öz nəzəriyyəsini yazmışdır. Hüquqi şəxsin təbiətinin müəyyən edilməsində yaranan çətinlik şəxs, subyekt, subyektiv hüquq, mülkiyyət hüququ kimi mülki hüququn fundamental anlayışlarının aydınlaşdırılmasının zəruriliyi ilə bağlıdır. Qeyd edilən anlayışların özünü də mövcud nəzəriyyələr kifayət qədər ziddiyyətli şəkildə müəyyən edirlər [4, s12]. Hüquqi şəxslərin meydana gəlməsi, fəaliyyət göstərməsi və ləğvi prosesini nizama salan hüquq normalarının məcmusu kimi hüquqi şəxs institutu XIX yüzilliyin ikinci yarısında Qərbi Avropa hüququnda formalaşmışdır. Bu institutun təşəkkül tapması və inkişafı qismən Roma hüququnun, qismən xristian ilahiyyatının, daha sonralar isə obyektiv şəkildə meydana gələn iqtisadi və siyasi vəziyyəti nəzərə almaqla alman klassik fəlsəfəsinin təsiri altında baş vermişdir.


Müəllif : Ramazan Əsgərxanov - Dövlət Gömrük Komitəsi Akademiyasının Hüquq Fakültəsinin II kurs tələbəsi
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir