Hüquqi şəxslərin mənfəət vergisi ilə bağlı Azərbaycan qanunvericiliyinin inkişaf tarixi - Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri jurnalı №57 2020

Açıqlama:

Dövlət vergilərindən biri olan hüquqi şəxslərin mənfəət vergisi ilə bağlı SSRİ tarixinə ekskurs etdikdə görürük ki, tərkibində Azərbaycan Respublikasının da olduğu Sovetlər Birliyində XX əsrin 20-ci illərinin əvvəllərində - Yeni İqtisadi Siyasət dövründə müəssisələr mənfəət vergisi ödəyirdilər. XX əsrin 20-ci illərinin sonlarında Yeni İqtisadi Siyasətin ləğvi ilə mənfəət vergisi müəssisələrin bütün mənfəətinin inzibati metodlarla dövlət büdcəsinə ödənilməsi ilə əvəz olundu. Başqa sözlə, iqitisadi münasibətlərin mühümhəlqəsini təşkil edən müəssisələrin əldə etdiyi mənfəət dövlət mülkiyyəti sayılırdı


Müəllif : R.A.Qasımzadə - Azərbaycan Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2020
Yüklənmə sayı : 18

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir