Hüquqi dövlətin zəif cəhətlərindən biri və onun aradan qaldırılmasının yollari - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Dünyanın bütün tərəqqipərvər cəmiyyətlərinin hüquqi və fəlsəfi düşüncəsində hüquqi dövlət konsepsiyası dominant mövqe tutur. Bu hal hüquqi dövlət konsepsiyasının həmin cəmiyyətlərdə halhazırki dövrdə ictimai münasibətlərin nizama salınmasında ən optimal, effektiv və alternativsiz bir variant kimi mövcud olması reallığı ilə bağlıdır. Yalnız demokratik cəmiyyətə xas olan hüquqi prinsipləri tanıyan, həmin prinsipləri təmin və müdafiə edən, habelə öz fəaliyyətində hüququ rəhbər tutan və insan hüquqlarını və azadlıqlarını təmin etməyi özünün başlıca məqsədi hesab edən dövlət hüquqi dövlət hesab edilə bilər. Bu mövzuya müraciət edənlərin hamısı demək olar ki, bir qayda olaraq onun yuxarıda qeyd olunan xüsusiyyətlərinə daha cox fikir verməklə, sosial təzahür olan hüquqi dövlətin çatışmamazlıqlarını araşdırmırlar. Odur ki, hazırki məqalədə hüquqi dövlətin mahiyyəti ilə təbii olaraq bağlı olan bir çatışmamazlıqdan bəhs edəcəyik.


Müəllif : Elnur Quliyev - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi “kafedrasının müəllimi, polis polkovnik-leytenantı.
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir