Aydındır ki, “qanun” kateqoriyasının özü ictimai həyatda ən geniş yayılmış kateqoriyadır. O, təkcə hüquq elmində və ya hüquq praktikasında deyil, həm də təbiətşünaslıqda, fəlsəfədə və onlarla əlaqəli digər elmlərdə də istifadə olunur. O, hüquqi hadisə və anlayış kimi Qədim Şərq sivilizasiyalarında (Şumer, Xet, Hurri, Misir, Babil, Hindistan, Çin) yaranmışdır. Qədim qanun ilk növbədə ilahi təbiətin xüsusiyyəti ilə fərqlənir. Orta əsr Avropasında isə qanun hökmdarın iradəsi ilə eyniləşdirilirdi. Öz növbəsində, müasir dövrdə qanun xalq suverenliyinin bilavasitə təzahürü, onun ümumi iradəsinin ifadəsi ilə bağlı olmuşdur.
Qiymətləndir