Bu təhlildə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Fərmanının hüquqi mahiyyəti, həmin Fərmanın icrası istiqamətində həyata keçirilmiş qanunvericilik islahatları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin hüquqi mövqeləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedent hüququ qarşılıqlı əlaqədə nəzərdən keçiriləcəkdir. Belə bir yanaşma mövcud hüquqi tənzimləmənin sistemli şəkildə dəyərləndirilməsinə, qanunvericiliyin məqsədinin daha aydın anlaşılmasına və həbs qətimkan tədbirinin tətbiqinə dair hüquqi prinsiplərin vahid kontekstdə qiymətləndirilməsinə imkan verir.
Qiymətləndir