Hərbi konfliktlər dövründə mədəni irsin qorunmasının beynəlxalq-hüquqi prinsipləri - Azərbaycan Hüquq Jurnalı. 2021 (№3)

Açıqlama:

Məqalədə mühüm beynəlxalq sənədlərlə hərbi konfliktlər dövründə mədəni irsin qorunmasının beynəlxalq-hüquqi prinsipləri geniş təhlil edilir. Hərbi konfliktlər dövründə mədəni irsin qorunmasının beynəlxalq-hüquqi prinsipləri dedikdə, bu sahədə əsas başlanğıc müddəalar başa düşülür. İlk növbədə,burada beynəlxalq hüququn əsas, ümumtanınmış prinsipləri, daha sonra mədəni irsin qorunması üzrə beynəlxalq hüququn ayrı-ayrı sahələrinin spesifik prinsipləri qeyd edilməlidir. Bu zaman isə insan hüquqlarının spesifik prinsipləri, beynəlxalq humanitar hüququn spesifik prinsipləri, beynəlxalq cinayət hüququnun spesifik prinsplərinin qarşılıqlı əlaqəsi təmin edilməlidir. Bundan sonra, mədəni irsin qorunmasının hərbi konfliktlər dövrünün spesifik xüsusiyyətləri də müəyyən edilməklə daha spesifik prinsipləri formalaşdırılmalıdır.


Müəllif : Leyla Həşimova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 29

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir