Hərbi qulluqçuların hüquqlarının məhkəmədə müdafiəsinin bəzi xüsusiyyətləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Mülki mühakimə icraatı qanunçuluq, ədalət muhakiməsinin ancaq məhkəmə tərəfindən həyata keçirilməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi, məhkəmə baxışının aşkarlığı prinsiplərinə əsaslanır. Hərbi qulluqçuların hüquqlarının mülki mühakimə icraatında müdafiəsi həlli tələb olunan məsələnin mahiyyətindən asılı olaraq iki qrupa bölünə bilər. Hərbi qulluqçu özünün hərbi xidmətlə bağlı olmayan subyektiv hüquqlarını istənilən vətəndaş kimi, məhkəmədə müdafiə edərək nikahın pozulması və ümumi əmlakın bölünməsi, borcun alınması, şərəf və ləyaqətin qorunması və digər məsələlər üzrə iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hərbi qulluqçunun hüquqlarının bu şəkildə müdafiəsi demək olar ki, dövlət orqanları tərəfindən şübhə altına alınmamış, həmin hüquqların həyata keçirilməsinə maneələr törədilməmişdir. Lakin son dövrlərədək hərbi qulluqçu tərəfindən hərbi idarəetmə orqanlarının və onların vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət verməsi qadağan olunurdu. Belə hərəkətlərdən ancaq hərbi-inzibati qaydada, yəni «komanda üzrə» şikayət verilməsi nəzərdə tutulurdu.


Müəllif : Aydın Əliyev - Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir