Hərbi xidmət əleyhinə olan cinayətlər üzrə cinayət işinin başlanması mərhələsinin bəzi problemləri - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2019

Açıqlama:

Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur. Сinayət prosesi cinayət işinin başlanması mərhələsində başlayır və ibtidai araşdırma mərhələsində davam edir. Cinayət işinin başlandığı andan etibarən cinayət təqibi mexanizmi işə salınır və cinayət təqibi orqanları vətəndaşların hüquq və qanuni maraqlarını təmin etmək və obyektiv həqiqəti yaratmaq üçün qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etmək imkanına malikdir.


Müəllif : C. H. Əzizov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 9

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir