Hadisə yerinə baxış istintaq hərəkətinin keçirilməsinin bəzi problemləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, baxış cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə aparılır (4). Hadisə yerinə baxış sübutların əldə edilməsinin ən yaxşı vasitələrindən biridir. Belə ki, istintaq hərəkətinin vəzifələri bilavasitə cinayətin kriminalsitik xarakteristikasının elementlərinin müəyyən olunmasına xidmət edir. Məhz hadisə yerində qalmış izlərə əsasən cinayətin edilmə vaxtı, üsulu, şəraiti, iştirakçıların sayı və cinayətkarın şəxsiyyəti barədə müəyyən fərziyyələrin irəli sürülməsi mümkün olur.


Müəllif : İsmayıl Əmirli - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Kriminalistika kafedrasının müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 5

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir