Hakimlərin statusunun anlayışı və əlamətləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

“Hakilərin statusu” termininin Azərbaycan Respublikası Konstitusiyasında Milli Məclis tərəfindən barəsində ümumi qaydalar müəyyən edən məsələlərdən biri kimi 95-ci maddənın I hissəsinin 5-ci bəndində təsbit olunması bu hüquqi kateqoriyanın anlayışının müəyyən edilməsinin nəzəri əhəmiyyət kəsb etməklə yanaşı mühüm praktiki əhəmiyyətə malik olduğunu deməyə imkan verir. “Hakimlərin statusu” anlayışına formal-yuridik definisiya verilməsi, onun tərkib elementlərini müəyyən edilməsi həm də ona görə vacib əhəmiyyət daşıyır ki, bu anlayışın həddindən artıq geniş olması onun anlaşılması və ondan təcrübi baxımdan istifadə edilməsi mümkün olmur. Bundan başqa, hüquqi terminlərə anlayış-definisiya verilmədikdə bu, onun müxtəlif subyektlər tərəfindən fərqli başa düşülməsinə və beləliklə də, hüquq realizə prosesində ciddi çətinliklərin yaranmasına, qanunçuluğun pozulmasına gətirib çıxara bilir.


Müəllif : Könül Axundova - “Azərbaycan Hava Yolları” ASC Milli Aviasiya Akademiyasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir