Məhsulun və ya hasilatın pay bölgüsü haqqında Saziş karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi və inkişaf etdirilməsi məqsədilə ən çox müraciət olunan müqavilə formasıdır. Sazişə əsasən mineral faydalı qazıntıların mülkiyyətçisi kimi dövlət yataqların kəşfiyyatı, işlənməsi və inkişafı məqsədilə texnoloji və maliyyə xidmətləri göstərən xarici neft şirkətini cəlb edir. Belə münasibətlərdə dövlət adətən hökumətlə, yaxud öz təşkilatlarından biri ilə, məsələn milli neft şirkəti ilə təmsil olunur.
Qiymətləndir