Heydər Əliyev və tarixi yaddaş siyasəti: Azərbaycanlıların deportasiyası kontekstində - “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı №2 2023

Açıqlama:

Müvəffəqiyyətlə yola saldığımız “Şuşa İli”dən “Heydər Əliyev ili”nə keçid təqvim ilinin sadəcə dəyişməsi olmayıb, doğma Azərbaycanımızın tarixində üzvi əlaqədə olan iki böyük Milli Sərvətin bir-birini tamamlaması, məntiqi ardıcıllığı kimi qiymətləndirilməlidir. Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimaisiyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidə kimi Şuşanı xarakterizə edər kən, Ümummilli Lider Heydər Əliyev deyirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.


Müəllif : Seyfulla Aslanov - hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 33

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir