II Qarabağ müharibəsinin beynəlxalq-hüquqi aspektləri - Azərbaycan Hüquq Jurnalı. 2022 (№1)

Açıqlama:

Dövlətlərin ərazi bütövlüyünün zorakı yollarla parçalanması cəhdləri qloballaşma dövründə beynəlxalq sülh və təhlükəsizlik üçün ən başlıca təhdidlərdən biridir. Sözügedən fenomen beynəlxalq təhlükəsizlik hüququnda “ərazi separatçılığı” adlanır. Azərbaycan Respublikası bu təhdidlə üzləşən dünya dövlətlərindən biridir. Sözügedən təhdidlə mübarizənin ən optimal yol və variantları, heç şübhəsiz ki, beynəlxalq hüququn prinsip və normalarında əksini tapmışdır. Bu səbəbdən, giriş, iki hissə və nəticədən ibarət hazırkı məqalə ərazi separatçılığı fenomeninə, ərazi separatçılığının ən “parlaq” nümunələrindən biri Dağlıq Qarabağ münaqişəsinə və həmin münaqişənin həlli istiqamətində atılmış addımlara, xüsusilə də 44 günlük müharibəyə və onun beynəlxalq hüquqi əsaslarına həsr edilmişdir.


Müəllif : Ramin Əliyev - Gəncə Dövlət Universiteti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir