Məqalə insan orqan və toxumalarının alqı-satqısı və onların transplantasiyasına məcbur edilməsinin cinayət-hüquqi aspektdə araşdırılmasına həsr olunur. Eyni zamanda, müqayisəli tədqiqat metodlarından istifadə etməklə insan orqan və toxumalarının alqı-satqısı və transplantasiyası ilə bağlı ayrı-ayrı dövlətlərin cinayət qanunvericiliyi və təcrübəsi təhlil edilir, müvafiq normaların müsbət və mənfi cəhətləri müəyyən olunur. Tədqiqat işində əsasən milli cinayət qanunvericiliyində sözü gedən əmələ görə məsuliyyət nəzərdə tutan normanın sanksiyasının təkmilləşdirilməsi istiqamətində geniş araşdırma aparılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddələrin daxil edilməsi, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsində dəyişiklik edilməsi və cinayət qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra yeni redaksiya layihələri təklif edilir.
Qiymətləndir