Köləliyə və insan alverinə qarşı mübarizədə universal müqavilələr - Azərbaycan Hüquq Jurnalı. 2021 (№1)

Açıqlama:

Məqalədə köləliyə qarşı mübarizə üzrə universal səviyyədə qəbul edilən beynəlxalq müqavilələr təhlil edilir. Uşaq və qadınlara qarşı istismarı qadağan edən beynəlxalq normaların sistemi, beynəlxalq öhdəliklərin xarakteri tədqiq edilir. Xüsusən də köləlik, qeyri-qanuni məcburi əmək insan alverinin formaları kimi uşaqların, qadınların timsalında universal aktlar əsasında təhlil edilir. İnsan hüquqları üzrə beynəlxalq hüquq normalarının dövlətlərin inzibati tədbirlərindən üstün olduğu vurğulanır. Qəbul edilmiş beynəlxalq sənədlərin mühüm çatışmazlığı kimi həmin aktların iştirakçı dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət edəcək bilavasitə beynəlxalq nəzarət mexanizminin olmaması qeyd edilir. Əksər halda qurbanların ümumtanınmış hüquqlarına istinad edilsə də “qurbanlara yardım və onların müdafiəsi” qaydası iştirakçı dövlətlərin diskresion səlahiyyətindədir. Qorunma tədbirləri “qanunvericiliyin imkan verdiyi həcmdə”, “zərurət olduğu halda”, “qurbanların fiziki təhlükəsizliyini təmin etməyə çalışır” kimi yumşaq və qeyri-müəyyən öhdəliklər beynəlxalq hüquqi tənzimetmənin əhəmiyyətinə mənfi təsir göstərir.


Müəllif : Sona Qələndərli - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti İnsan hüquqları və informasiya hüququ üzrə UNESKO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir