Kölgədə qalan qadınlar. “Səssiz fəryad: Ayrı-seçkiliyə və zorakılığa məruz qalan qadınlar (Həssas qrup kateqoriyalarına düşən qadınların psixoloji portreti və onların sosial reabilitasiyasına yönələn yanaşmaları)

Açıqlama:

oloji portreti və onların sosial reabilitasiyasına yönələn yanaşmaları) Bu kitab — görünməyənlərin kölgədən çıxması üçündür. Hazırda cəmiyyət tərəfindən geniş müzakirə obyektinə çevrilən, lakin reallıqda zamanında və yerində zəruri dəstək ala bilməyən, aidiyyatı orqanların və şəxslərin diqqətindən kənarda qalan minlərlə qadınlarımız var. Bu vəsaitdə onların aldıqları travmalar , yaşadıqları gerçək həyat hekayələri, sükutlara bürünmüş vəziyyətləri yer alır. “Kölgədə qalmaq” ifadəsini biz burada passivlik və ya zəifliyin göstəricisi kimi deyil, sosial həyatda görünməzliyin, onlara qarşı olan institusional etinasızlığın və sistemli ayrıseçkiliyin simvolik ifadəsidir. Biz bu ifadəni həm sosial təhlil, həm cəmiyyətə mənəvi xəbərdarlıq, həm də struktural dəyişikliklərə çağırış kimi işlətmişik. Qeyd etmək lazımdır ki, qadının zorakılığa məruz qalması, erkən yaşda ailə qurmağa məcbur edilməsi, psixoloji təcridə sürüklənməsi onun şəxsi seçimi ilə müəyyən olunmur. Bu, tarixi-mədəni kodlarla formalaşan sosial strukturların onlara qarşı yönələn institusional laqeyidliyin nəticəsidir. Kitabda yer alan psixoloji portretlər, sosial reabilitasiya strategiyaları və peşəkar müdaxilə alətləri həmin qadınların səssiz, təhtəlşüur fəryadına elmi və praktik cavabdır. Burada məqsəd yalnız onların düşdükləri bu sirləri açmaq deyil, yeni, pozitiv xarakterli fəaliyyətin formalaşdırılması, sosial işçinin, psixoloqun, hüquqşünasın və müstəntiqin masası üzərinə istifadəyə yararlı, konkret alətlərin təqdim edilməsinə bir cəhddir. “Kölgədə qalan qadınlar” sadəcə başlıq deyil. Bu, eyni zamanda cəmiyyətin ən zəif həlqəsinin – sükutda boğulanların bizə ünvanladığı sualdır: baş verənlər niyə məni də öz ağuşuna alıb (bir növ, nədir mənim günahım?)?


Müəllif : Mehriban Zeynalova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 13

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir