Kimlərə sosial xidmət göstərməliyik - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 (2022)

Açıqlama:

Sosial xidmət institutu öz spesifikliyi və əhəmiyyəti baxımından sosial təminat hüququ sistemində məxsusi yer tutur. Nəzəriyyədə sosial xidmət həm geniş, həm də dar mənada başa düşülür. Dar mənada sosial xidmət dedikdə, vətəndaşların qanunda göstərilmiş müəyyən kateqoriyalarına sosial-məişət xidmətlərinin göstərilməsi – təsərrüfatın inkişafı üçün yardım, pulsuz qidanın verilməsi, sosial müdafiə müəssisələrində yerləşdirilməsi və s. başa düşülür. Geniş mənada sosial xidmət dedikdə isə, sosial təminatın pul ödəmələrindən başqa qalan bütün növlərini özündə əks etdirən sosial təminat hüquqlarının realizəsi başa düşülür.


Müəllif : Ata Vəliyev - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Mülki hüquq” kafedrasının müəllimi, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 0

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir