Əməliyyat-axtarış fəaliyyəti (ƏAF) materiallarında əks etdirilmiş kriminalistik əhəmiyyət kəsb edən məlumatları toplamaq, təhlil etmək, sistemləşdirmək və istifadə etmək bu sahədə peşə vərdişlərinə malik olan şəxslər tərəfindən həyata keçirilir və əməliyyat-axtarış sənədləri vasitəsilə rəsmiləşdirilir. Kriminalistik əhəmiyyət kəsb edən informasiyanın peşəkar subyektlər tərəfindən toplanması onun aidiyyatı baxımından mötəbərliliyini artırsa da, əməliyyat-axtarış materialları üçün digər sübut mənbələri qarşısında hər hansı üstünlük əldə etməsi üçün əsas yaratmamalıdır.
Qiymətləndir