Müasir dövrdə korrupsiyaya qarşı mübarizəyə dair məsələ hər bir dövlətin qarşısında duran həlli zəruri olan aktual problemlərdən biri hesab edilir. Buna görə də, müasir dünyanın hər bir ölkəsində və beynəlxalq təşkilatlarda korrupsiyaya qarşı mübarizə geniş vüsət almış, dövlət vəzifəli şəxslərin, o cümlədən dövlət qulluqçularının korrupsiya hüquqpozmalarına görə məsuliyyətinin daha da artırılması, milli və beynəlxalq qanunvericilik bazasının təkmilləşdirilməsi aktual və həlli zəruri olan problemlərdən birinə çevrilmişdir.
Qiymətləndir