Korrupsiya ilə mübarizə sahəsində Malayziya modeli - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalı (Xüsusi buraxılış 2) 2023

Açıqlama:

Malayziya Cənub-Şərqi Asiyada yerləşən və yerləşdiyi qitədə ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunur. Hər il ortalama ÜDM artımı 6,5 faizdir və bazar iqtisadiyyatına malik, yeni sənayeləşmiş ölkələr qrupuna daxildir. Qeyd olunan sürətli inkişaf nəticəsində yaranmış böyük iqtisadi artım müxtəlif tip maliyyə və korrupsiya cinayətlərinin ortaya çıxmasına səbəb olmuşdur. Korrupsiya ilə mübarizə sahəsində ilk dəfə 1959- cu ildə Malayziya Baş Nazirliyinin tərkibində yaradılmış bölmə işə başlamışdır. Həmin dövrdə istintaq Malayziya Daxili İşlər Nazirliyinin istintaq idarəsi tərəfindən aparılırdı. Həyat səviyyəsinin yüksəlməsi və cəmiyyətin inkişafı bu sahədə də dəyişikliklər tələb edirdi.


Müəllif : Asiman Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, I dərəcəli hüquqşünas
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 29

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir