Kredit münasibətlərini tənzimləyən borc və kredit müqavilələrin müqayisəli hüquqi təhlili - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №2 2023

Açıqlama:

Azərbaycan Respublikasında kredit münasibətlərini tənzimləyən mülki hüquq müqavilələrin xüsusiyyətlərini müəyyən etmək üçün ilk növbədə “kredit” və “kredit müqaviləsi” kimi anlayışların nisbəti və qarşılıqlı əlaqəsi məsələlərinin müəyyən edilməsi vacib əhəmiyyət kəsb edir. “Kredit” və “kredit müqaviləsi” kimi kateqoriyalar bir-birindən fərqli olan anlayışlardır. Guman etmək olar ki bu, “kredit” kateqoriyasının iqtisadi cəhətdən şərh edilməsi ilə əlaqədardır. Elmi iqtisadi ədəbiyyatda “kredit” anlayışından, onun mülki qanunvericiliyində əks olunmuş təri-findən fərqli, daha geniş münasibətlər dairəsinin göstərilməsi məqsədilə istifadə edilməsinə rast gəlmək olar.


Müəllif : Vəfa İsmayılova - Bakı Dövlət Unversiteti, “Mülki hüquq” kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir