Layiqli həyat hüququnun əsas elementi kimi sosial müdafiənin nəzəri əsası, universal standartları və mənbələri - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2025

Açıqlama:

Layiqli həyat hüququ kompleks sisteminə daxil olan əsas elementlərindən biri də sosial təminat hüququdur. Hüququn əsasında sosial müdafiə və sosial xidmətlər dayanır və onun realizəsi dövlətlər üçün pozitiv öhdəliklər yaradaraq cəmiyyətin hər bir üzvünün maddi vəziyyəti, yaşı, cinsi, sağlamlıq imkanları və s.-dən asılı olmayaraq onların layiqli həyat səviyyəsinin təmin olunmasına yönələn akytiv fəaliyyət tələb edir. Əsas məqsədi sosial ədalət və sosial bərabərlik ilə yanaşı, sosial rifahı təmin etmək, habelə iqtisadi siyasəti adekvat çalarlarla zənginləşdirmək, iqtisadiyyatdakı çatışmazlıqları aradan qaldırmaq və sosial tarazlığı təmin etməkdən ibarət olan bu fəaliyyət son nəticədə vətəndaşların layiqli həyat səviyyəsinin təminatına yönəlir. Müvafiq hüquq nisbi xarakter daşıyaraq həm də dövlətlərin iqtisadi göstəriciləri, mövcud resurları və inkişaf tendensiyalarından əhəmiyyətli dərəcədə asılıdır. Məqalədə ətraflı tədqiq olunan sosial təminat hüququ, onun nəzəri və hüquqi bazası müvafiq hüququn həyata keçirilməsi və hərtərəfli, davamlı və adekvat olaraq tənzimlənməsi istiqamətində olduqca zəngin resurs rolunu oynayır, sosial təminatın universal tendensiyaları ilk dəfə təsnifləndirilərək DİM Məqsədləri aspektindən araşdırılır, müəlliflər tərəfindən müvafiq təklif və tövsiyələr irəli sürülür.


Müəllif : Əliyev Z.H., Rəhimova M.S.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 25

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir