Layiqli mənzil hüququnun beynəlxalq-hüquqi müdafiə vasitələri - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №2 2024

Açıqlama:

Layiqli həyat hüququ sisteminə daxil olan əsas elementlərdən biri də layiqli mənzil hüququdur. Mənzil əmtəə deyil, insan hüququdur. Müvafiq hüquq mülkiyyət hüququndan daha geniş anlayış olub mülkiyyətlə bağlı olmayan təhlükəsizlik, sülh və ləyaqət içində müəyyən bir yerdə yaşamaq kimi anlayışları da özündə birləşdirərək sosial, emosional, psixoloji və iqtisadi həyatımızın episentri rolunu oynayır. Bəzi tədqiqatçılar layiqli mənzil hüququnun konstitusiya-hüquqi mənada müstəqil subyektiv hüquq kimi qəbul etmir və onu tamhüquqlu vətəndaş hüququndan kəskin fərqləndirirlər. Bütünlükdə isə bu hüquq yalnız məhdud mənada sadə sığınacaq hüququnu deyil, adekvat məxfiliyi, adekvat yaşayış sahəsini, adekvat mühafizəni və bütün tələbatların ödənilməsinə çıxış imkanlarını özündə ehtiva edir. Beynəlxalq və milli qanunvericilikdə geniş istinad olunan şəxsin mənzili və şəxsi həyatının toxunulmazlığını ehtiva edən müddəalar da əslində həmin şəxsin birbaşa layiqli həyat hüquqlarının təminatına yönəlmiş faktorlardandır. Məqalədə müəllif tərəfindən layiqli mənzil hüquqlarının məzmunu və universal standartları sistemləşdirilmiş, bu istiqamətdə beynəlxalq, regional və milli normativ aktlar təhlil edilmiş, layiqli mənzil hüququnun pozulması və bu qəbildən olan hallarda istisnalar, həmçinin yumşaq hüquq normaları ətraflı araşdırılmış, müvafiq təklif və tövsiyələr irəli sürülmüşldür.


Müəllif : Mələkxanım Rəhimova
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 111

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir