Müasir dövrdə beynəlxalq tibb hüququ: formalaşması və anlayışı - Polis Akademiyasının Elmi Xəbərləri- Elmi Hüquq Jurnalı №1 2023

Açıqlama:

Beynəlxalq tibb hüququnun yaranması-nın əsas genezis elementi – əmələ-gəlmə əlaməti dünyada insanların sağlamlığının qorunması, yüksək səviyyəli tibbi xidmətlərin inkişaf etdirilməsi, müxtəlif xəstəlik-lərə qarşı aparılan mübarizənin qlobal xarakter alması, əhalinin müntəzəm şəkildə tibbi müayinə-lərə cəlb olunması, insanların bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni səhiyyə infrastruktur komplekslərinin yara-dılması, eləcə də sağlamlığın qorunması konteks-tində çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlərin kütləvi xarakter almasıdır. Başqa sözlə desək, beynəl-xalq tibb fəaliyyətinin ümumdünya universal sə-viyyədə və dövlətlərarası əməkdaşlıq miqyasında həyata keçirilməsi, onun hüquqi cəhətdən tənzim-lənməsi və nizama salınması zərurəti beynəlxalq tibb hüququnun (BTH) yaranmasını şərtləndirir.


Müəllif : Fatimə Hüseynova - Bakı Dövlət Universiteti “Hüquq fakültəsi “ Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası”nın dosenti, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 36

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir