Müasir dövrdə mediasiyaya müraciətin normativ hüquqi tənzimlənməsi - Azərbaycan Hüquq Jurnalı №2 (2024)

Açıqlama:

Məqalədə müasir dövrdə mediasiyaya müraciətin normativ hüquqi tənzimlənməsi barədə məsələ elmi kontekstdə nəzərdən keçirilir. Qeyd edilir ki, mediasiyaya müraciət proseduru həyata keçirilərkən müəyyən mediasiya münasibətləri yaranır. Yaranan bu cür münasibətlər müvafiq mediasiya-hüquq normaları vasitəsi ilə qaydaya salınaraq tənzimlənir. Müvafiq mediasiya-hüquq normaları isə, əsasən, aşağıda göstərilən normativ hüquqi aktlarda təsbit olunmuşdur: Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarları, Azərbaycan Respublikası Ali Məhkəməsinin aidiyyəti üzrə müvafiq qərarları və s.


Müəllif : Etibar Əliyev
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 147

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir