Mәqalәdә müәlliflәr tәrәfindәn müasir dövrdә әtraf mühitin ekoloji problemlәrin tәnzimlәnmәsinin hüquqi aspektlәri nәzәrdәn keçirilir. Qeyd edilir ki, әtraf mühitin vә ekologiyanın, elәcә dә tәbii sәrvәtlәrin qorunması mühüm dövlәt vә ümumxalq әhәmiyyәti olan bir mәsәlәdir. Bәşәriyyәtdә insan hәyatı, cәmiyyәtin inkişafı tәbiәtlә, әtraf mühitlә sıx bağlı olduğuna görә, insanların vә gәlәcәk nәsillәrin sağlam mühitdә yaşaması әtraf mühitin vә tәbii sәrvәtlәrin sәmәrәli mühafizә edilmәsi amili ilә şәrtlәnir. Bu kontekstdә ekoloji-hüquq münasibәtlәrinin tәnzimlәnmәsi xüsusi aktuallıq kәsb edir.
Qiymətləndir