Müasir mərhələdə beynəlxalq qeyri-hökumət təşkilatlarının beynəlxalq münasibətlərin tənzimlənməsində rolu: fəaliyyətlərinin əsas elementləri və inkişaf istiqamətləri - Azərbaycan Hüquq Jurnalı. 2022 (№3)

Açıqlama:

Məqalədə müasir dövrdə beynəlxalq qeyri-hökumət təşkilatlarının beynəlxalq münasibətlərin tənzimlənməsində rolu onların fəaliyyətlərinin əsas elementləri və inkişaf istiqamətləri üzrə təhlil edilir. Bu zaman hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyinə və beynəlxalq praktikaya müraciət edilir. Qeyd edilir ki, beynəlxalq qeyri-hökumət təşkilatları ən ciddi beynəlxalq problemləri effektiv şəkildə həll etmək qabiliyyətinə görə mühüm əhəmiyyət kəsb edirlər. Bu cəhətdən onların fəaliyyət dairələrinin daha genişləndirilməsi beynəlxalq ictimaiyyətin qarşısında dayanan əsas vəzifələrdən olmalıdır. Bundan başqa, beynəlxalq qeyri-hökumət təşkilatlarının beynəlxalq hökumətlərarası təşkilatlarla və dövlətlərlə müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi də zəruridir.


Müəllif : Elnarə Mirzəyeva - Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 16

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir