Müasir siyasi proseslərdə və dövlətlə qarşılıqlı münasibətlərin formalaşmasında lobbiçiyin rolu, mahiyyəti, məzmunu və hüquqi tənzimlənməsi xüsusiyyətləri - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2022)

Açıqlama:

“Diaspor” qədim yunan sözü olub, hərfi mənada “səpələnmə” deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə çevrilmişdilər. Bununla əlaqədar, “diaspor” ifadəsi də məhz yunan dilindən qaynaqlanır. Mənbələrdə bu sözə ilk dəfə İudaizmin (Yəhudilərin) müqəddəs kitabı olan Bibliyanın yunançadan tərcüməsində rast gəlinir və “Yəhudilərin yadellilər arasında səpələnməsi” mənasında işlədilir. Beləliklə, diaspor anlayışının əsas amili hər hansısa bir etnik qrupun ölkə xaricində yad etnosların əhatəsində yaşamasıdır. Lakin başqa xalqlar arasında yaşayan hər hansı bir xalqın müəyyən hissəsinin diaspor kimi qiymətləndirilməsinin düzgün olmadığını vurğlayan bəzi müəlliflərin fikrincə, diaspora-milli məişətə, adət-ənənələrə, mədəniyyətə və dilə, milli şüura malik olan, onu qoruyan, inkişaf və təbliğ edən etnik cəmiyyətdir.


Müəllif : Elnarə Mirzəyeva - Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 6

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir