Müharibə Hüququnun Fəlsəfi Əsasları - ELSA Azərbaycan - Hüquq jurnalı №2 2017

Açıqlama:

Azərbaycanın hüquq ədəbiyyatında, təəssüflər olsun ki, kifayət qədər tələbatın olduğunu və bu tələbat üçün tələbələrimizin xarici ədəbiyyata üz tutduqları məlumdur. Hüquq sahələrində müəyyən materiallar olmasına baxmayaraq bu bəzən ki- fayət ola bilmir. Bu sahələrdən biri də müharibə hüququdur. İngiliscə “Law of war” adlandırılsa da, bunun qarşılığı müharibə hüququ olaraq öz əksini tapmaqdadır. Müharibə hüququ yalnız müharibə deyil, eyni zamanda sülh və barışıq zamanı yaranan hüquq və vəzifələri tənzimləyir, müharibə sferasını bir hüquq çərçivəsində fəaliyyətini təmin edir, müəyyən ölçülər irəli sürür. Müharibə hüququ yal- nız hüquq sahəsi kimi deyil, hüquq fəlsəfəsinin bir qolu olaraq da inkişaf edir. Müharibə hüququnun fəlsəfi əsasları dedikdə isə, müharibənin yaranması, inkişafı, inteqrasiyası, fəlsəfi mahiyyəti başa düşülür. Ədəbiyyatımızda bu sahə ilə bağlı materiallar kifayət qədər olmasa belə, fəlsəfi düşüncəli hüquqşünaslar bu barədə öz fikirləri ilə çıxış etmişlərdir. Bu şəxslərdən biri də Holland əsilli Hüqo Qrotsidir.


Müəllif : İmamverdi Novruzlu Hüquqşünaslıq, bakalavr Dövlət Gömrük Komitəsinin Akademiyası
Nəşr tarixi : 2017
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir