Müharibə cinayətləri və hərbi hüququn icra edilməsi-Polis Akademiyasının Elmi Xəbərləri - Elmi Hüquq Jurnalı №2 2025

Açıqlama:

Münaqişə zamanı hərbi qanunların tətbiqi beynəlxalq hüququn əsas istiqamətlərindən biri olub, silahlı qarşıdurmaların tənzimlənməsi və mülki əhalinin qorunmasını təmin edir. Cenevrə və Haaqa Konvensiyaları bu çərçivənin əsasını təşkil etsə də, müasir dövrdə hibrid müharibələr, qeyri-dövlət aktorlarının iştirakı, kibermüharibə və cəzasızlıq problemi hüquqi mexanizmlərin effektivliyini çətinləşdirir. Azərbaycan kontekstində beynəlxalq hüquq normalarının icrası və Ermənistanın törətdiyi müharibə cinayətlərinə hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq hüququn gücləndirilməsi üçün yeni hüquqi mexanizmlər formalaşdırılmalı, müharibə cinayətlərinə qarşı cəzasızlıq aradan qaldırılmalı və kiber münaqişələr beynəlxalq hüquq çərçivəsində tənzimlənməlidir. Bu islahatlar qlobal təhlükəsizliyə və humanitar hüququn effektiv icrasına töhfə verəcəkdir


Müəllif : Elşən Hacıyev
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 27

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir