Müharibə cinayətlərinə dair beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası - Azərbaycan Hüquq Jurnalı. 2021 (№2)

Açıqlama:

Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasından artıq 20 ildən çox vaxt keçmişdir. Bu müddət ərzində Məhkəmənin həbs etdiyi cinayətkarların sayının az olmasına baxmayaraq, onun fəaliyyətini ümumilikdə müsbət qiymətləndirmək olar. Belə bir vəziyyətin bir çox səbəbləri var. Hesab edirik ki, dövlətlər öz maddi və texniki imkanlarını bu sferada əsirgəməməli, əksinə bəşəriyyətə təhlükə yaradan belə cinayətkarları vaxtında məsuliyyətə cəlb edərək cəzalandırmaq lazımdır ki, gələcəkdə belə hallar təkrarlanmasın. Dövlətlər həm milli, həm də beynəlxalq səviyyədə cinayətkarlıqla mübarizədə real əməkdaşlıq etməlidirlər, qarşılıqlı məlumat mübadiləsi həyata keçirməlidirlər, təhlükəli, axtarışda olan cinayətkarları verməlidirlər, əks təqdirdə cinayətkarlıqla mübarizə, həmçinin Beynəlxalq Cinayət Məhkəməsində işlərə baxılması illərlə davam edən prosedura çevriləcək.


Müəllif : Mehriban Eyyubova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir